Media-tur iştirakçıları Naxçıvandan xoş təəssüratla ayrılıblar - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə agentliyin, turizm bürosunun əməkdaşları, media nümayəndələri olmaqla, ümumilikdə 48 nəfərin iştirakı ilə muxtar respublikamıza media-tur təşkil olunub. Qonaqlar tur çərçivəsində muxtar respublikanın tarixi-mədəni, gəzməli-görməli yerlərində olub, Naxçıvanın tarixi, mədəniyyəti, istehsal potensialı barədə zəngin məlumat əldə ediblər.

Media-turun 2-ci günü iştirakçılar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin türbəsi, “Badamlı Mineral Sular” MMC, Batabat yaylağı, Ağbulaq Kənd Turizmİstirahət Bölgəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, “Duzdağ” oteli və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Badamlı bulağı və Zorbulaq qonaqlarda böyük maraq yaradıb. Qonaqlardan bir neçəsi Naxçıvan Televiziyasına  müsahibəsində media-turun əhəmiyyəti barədə danışıb, muxtar respublika ilə bağlı təəssüratlarını bölüşüblər.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

 

Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: