Çində çəkilmiş “Çanqcin gölü döyüşü” (“The Battle of Changjin Lake”) adlı hərbi dram janrındakı bədii film cari ildə ən çox bilet satıldığı film adını qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, daha çox Çinin özündəki nümayişlər sayəsində 828,1 milyon dollar gəlir gətirən bu ekran əsəri 1950-ci ildə Koreya müharibəsi vaxtı baş vermiş gerçək hadisələrə əsaslanır.
İkinci yerə çıxan “Xoş gördük, ana” (“Hi, Mom”) adlı komediya janrındakı film də Çində çəkilib və fevral ayından nümayişə çıxarılaraq 821 milyon dollar gəlir gətirib. Üçüncü yerdə ABŞ-da çəkilən “F9”(Fast & Furious 9”) filmi yazda nümayişə çıxarılıb və 716 milyon dollarlıq gəlir gətirib.