Fulya Öztürk: Bu filmi Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm

A- A A+

Bu gün Halil Kahramanla Bakıda olmaqdan qürur duyuram. Onunla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətləri görüb, əsəb keçirdim.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türkiyəli jurnalist Fulya Öztürk Nizami Kino Mərkəzində "Fulya" filminin təqdimat mərasimində deyib.

"Fulya" filminin ermənilərin insanları necə qətlə yetirdiyinin sübutu olduğunu söyləyən türkiyəli jurnalist bildirib ki, Ermənistanın Bərdədə və Gəncədə törətdikləri qətliamları heç vaxt unutmayacaq: “Bütün bu faciələr gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik. Ermənistan bir uşaq qatilidir, bunu bütün dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər Günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Əsas qəhrəmanlar biz deyilik, bu zəfəri bizə yaşadan əsgərlər, şəhidlər, onların ailələridir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: