Naxçıvanda tarixi zəfərimizin ildönümünə həsr olunmuş “Zəfər cəngi” adlı rəsm sərgisi təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qarabağda tarixi zəfərimizin ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin  Bəhruz Kəngərli adına sərgi salonunda  “Zəfər cəngi” adlı rəsm sərgisi təşkil olunub.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva Vətən müharibəsində böyük hünər və rəşadət göstərən Vətən oğullarının şücaətindən danışıb.

Sərgiyə baxış zamanı məlumat verilib ki, "Tarixi şəxsiyyətlər", "Xarıbülbül", "Şuşa qalası", "Şəhidlər", "Qarabağ Azərbaycandır", "Qarabağa sülh" və digər mövzulara həsr olunan 26 rəssam tərəfindən çəkilmiş 36 rəsm əsəri nümayiş etdirilir. Bu əsərlərin hər biri özünəməxsus rəng çaları, ideya və mövzu etibarilə diqqəti cəlb edir.

Tədbirdə  Rəssamlar Birliyinin üzvləri tərəfindən çəkilən dörd naxçıvanlı şəhidimizin portretləri onların ailə üzvlərinə təqdim olunub. 

Sərginin bir həftə ərzində davam etdirilməsi nəzərdə tutulub.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: