Yəmən qəzetində Azərbaycanın turizm potensialı barədə məqalə dərc olunub

A- A A+

Yəmənin “Əl Tənmiyə Əl Yom” qəzetində jurnalist Əbdül Həmid Əl-Kibinin “Azərbaycanın geniş turizm potensialı” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə simasını heyrətamiz şəkildə dəyişən, daha da gözəlləşən Bakının dünyanın ən ecazkar şəhərlərindən biri olduğu qeyd olunur. Müəllif yazır ki, Xəzərin sahillərində yerləşən bu möhtəşəm şəhər son illər turistlərin ən çox sevdiyi məkana çevrilib. Burada müasir göydələnlər qədim memarlıq ənənələri ilə valehedici sintez yaradır.

Məqalədə yəmənli oxuculara Bakının simasını dəyişən və şəhərə gözəllik verən “Alov qüllələri” kompleksi, dünya memarlığının incilərindən biri olan Heydər Əliyev Mərkəzinin binası, Xalça Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, teatrlar, qədim abidələr haqqında məlumat verilir. Həmçinin diqqətə çatdırılır ki, Azərbaycan paytaxtı orta əsrlərdə Böyük İpək Yolunun üzərində ən mühüm şəhərlərdən biri olub.

Müəllif daha sonra Azərbaycanın turizm məkanları – Qəbələ, Şamaxı, Quba və digər rayonlardakı istirahət mərkəzləri, habelə Qobustan Milli Parkı, digər tarixi abidələrimiz barədə məlumat verib. O vurğulayıb ki, qədim Şuşanın işğaldan azad edilməsi və burada tarixi-mədəniyyət abidələrinin bərpası beynəlxalq əhəmiyyətli yeni turizm istiqamətinin yaranmasına səbəb olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: