Azərbaycanın Vətən müharibəsində qələbəsinin ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, binanın fasad örtüyü üzərində “Azərbaycan, Zəfər Günün mübarək” sözləri əks olunub.