İtaliyalı rəssam Leonardo da Vinçiyə məxsus məşhur “Mona Liza” tablosunun nüsxəsi satılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əsər 210 min avro (təxminən 412 min 663 manat) qarşılığında yeni sahibinə təqdim olunub. Satış “Artcurial” satış evi tərəfindən keçirilib.
Qeyd edək ki, dünyanın ən məşhur rəsm əsərlərindən olan “Mona Liza” hazırda “Luvr” muzeyində saxlanılır.
İyun ayında avropalı kolleksiyaçı Leonardo da Vinçinin əsərinin XVII əsrə aid başqa bir surətini 2,9 milyon avroya satın alıb. 2017-ci ilin noyabrında isə rəssamın “Dünyanın xilaskarı” əsəri 450 milyon dollara alıcı tapıb.