Duzdağ Fizioterapiya Mərkəzinə gələn qazaxıstanlı turist: Öz həmyerlilərimizə məsləhət görürəm ki, bura səfər etsinlər - VİDEO

A- A A+

Naxçıvana gəlişimin əsas məqsədi Naxçıvanın qürur duyduğu Duzdağ mağarasıdır. Hansı ki allergiyanın, astmanın və bronx yolu xəstəliklərinin müalicəsi üçün kömək edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri övladlarının sağlamlığı üçün Duzdağ Fizioterapiya Mərkəzinə gələn qazaxıstanlı turist deyib. İkinci dəfədir ki, Duzdağa gələn qonaq allergiyadan əziyyət çəkən övladlarında artıq yaxşılaşma hiss olunduğunu bildirib.

“Mən öz həmyerlilərimizə məsləhət görürəm ki, bütün bu xəstəliklərdən əziyyət çəkən qazaxıstanlılar, hansı ki nəfəs yolu xəstəliyi olanlar Azərbaycana səfər etsinlər. Xüsusən Azərbaycanın hissəsi olan Naxçıvanda bu yaxşı hotellerdə qalsınlar. Ən əsası mehriban millətdirlər, gülərüz və sevinclə qarşılayırlar. Ona görə də yenə gəlmək istəyirik. Gəlişimizin əsas məqsədi uşaqlarımızın sağlamlığıdır. Çox yaxşı bir yerdir, gəlinəsi bir yerdir”, - deyə turist bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: