Naxçıvanda  “Milli geyimlər festivalı” keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, “Milli geyimlər festivalı” sentyabrın  8-i saat 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı xalq mahnıları ifa edəcək, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının, “Şərur” Xalq Yallı Ansamblının və “Şərur qönçələri” Uşaq Yallı Ansamblının ifasında milli rəqslər və yallılar təqdim olunacaq.

Festivalda müxtəlif geyim və rəsm sərgiləri açılacaq, əl işləri, qədim dövrlərə aid muzey eksponatları nümayiş olunacaq. Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi tədbirə əlavə rəng qatacaq.

Qeyd edək ki, bu günədək “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində  “Göycə”, “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları-bal”, “Ailə təsərrüfatı məhsulları”, “Yallı”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar” kimi  festivallar keçirilib. Bu festivalları minlərlə yerli sakin və əcnəbi turist izləyib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: