Ordubadda “Nizami ili”nə həsr olunan ədəbi bədii kompozisiya nümayiş olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad Rayon Mədəniyyət Sarayının kollektivi “Nizami Gəncəvi ili” münasibətilə ədəbi-bədii kompozisiya nümayiş etdirib.

Rayonun mədəniyyət xadimləri və istedadlı gənclər Nizaminin hikmət dolu fikirlərini obrazların dili ilə tamaşaçılara çatdırıblar.

“Nizami ili” çərçivəsində muxtar respublikamızın bütün elm, təhsil ocaqlarında olduğu kimi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də silsilə tədbirlər həyata keçirilir. Ordubad Rayon Mədəniyyət Sarayında da dahi şairin “Leyli və Məcnun” və “Xosrov və Şirin” əsərləri əsasında ədəbi-bədii kompozisiya hazırlanıb, tədbir iştirakçılarına təqdim olunub.

                                                         Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: