Şuşa 2023-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
"Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək",- deyə nazir qeyd edib.