“Ələsgərlə dindi sazım” adlı kompozisiya təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon Xalq Teatrının kollektivi aşığın ölməz irsinə müraciət edib, ədəbi-bədii kompozisiya hazırlayıb. Rayonun Mədəniyyət Sarayında teatrın istedadlı aktyorları tərəfindən Aşıq Ələsgərin həyatı, yaradıcılığı, Naxçıvan səfəri ilə bağlı maraqlı epizodlar təqdim edilib. “Sazçalanlar” ansamblı və digər ifaçılar tərəfindən Ələsgər yaradıcılığından nümunələr səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixdə Sərəncam imzalayıb. Muxtar respublikamızda da Aşıq Ələsgərin 200 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 fevral 2021-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən muxtar respublikada ustadın yaradıcılıq irsinin təbliği ilə bağlı müxtəlif tədbirlər keçirilir.     

                                                                                                                    Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: