ICESCO-nun baş direktoru: "Azərbaycanın sülhyaratma prosesində çox böyük rolu var"

A- A A+

“ICESCO adından Azərbaycana belə bir ağır dövrdə bu forumu təşkil etdiyinə görə təşəkkür edirəm”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu ICESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumuna göndərdiyi mesajda deyib.

O, dünyanın öz qapılarını pandemiyadan sonra açacağına ümidvar olduğunu bildirib: “Bizim pandemiyadan əvvəlki həyatımıza qayıtmağımız çox vacibdir. Ölkələr arasında münasibətlərin zəif olması münaqişələrə gətirib çıxara bilər. ona görə də biz sərhədlərarası əməkdaşlığın inkişafını təşviq etməliyik. Sivilizasiyalararası dialoqu təşviq etməklə dayanıqlı sülhə nail ola bilərik. Sülhün olmaması zorakılığa gətirib çıxara bilər. Sülhün toxumları əkilməlidir, çünki mədəniyyətin inkişafı bundan asılıdır. Biz islam dəyərlərini dəstəkləyirik və təşviq edirik. Eyni zamanda, bütün tərəfdaşların sülh naminə sosiallaşması ideyasını dəstəkləyirik. Sülh prosesi uşaqları, qadınları və böyükləri bir araya gətirən prosesdir”.

Baş direktor qeyd edib ki, sülh prosesini qorumaq və təşviq etmək bizim missiyamız olmalıdır: “Bu isə bizə məhz gənclər, qadınlar və liderləri cəlb edəcək proses üçün yol açmalıdır. Bizim cəmiyyətdə gənclərin rolu bu baxımdan çox vacibdir. 24 ölkədən 30-a yaxın sülh səfirləri təyin olunub. Bu insanlar öz cəmiyyətlərinə və ölkələrə töhfə verəcək. Bizim bölgələrimizdə sülhün bərqərar olmasına kömək edəcək. Siyasətçilərə də bütün bu məsələlər haqqında düşünmək üçün mədəniyyət naminə sülh konsepsiyası kömək edə bilər”.

O vurğulayıb ki, Azərbaycanın sülhyaratma prosesində çox böyük rolu var: “Biz Azərbaycanın sülhyaratma prosesini, mədəniyyət naminə sülh konsepsiyasını dəstəkləməyə hazırıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: