Mədəniyyət naziri: Azərbaycan böyük səs çoxluğu ilə UNESCO İcraiyyə Şurasına üzv seçildi

A- A A+

Azərbaycan üçün UNESCO İcraiyyə Şurasına üzv olmaq, xüsusilə indiki dönəmdə üzv olmaq olduqca önəmli idi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Şuraya seçkilərin çox rəqabətli şəraitdə keçirildiyini söyləyən nazir bildirib ki, Ermənistan əvvəldən də həmin İcraiyyə Şurasının üzvü idi. Azərbaycan isə böyük səs çoxluğu ilə bu şuraya üzv seçildi: “Bu, bir daha da onu göstərdi ki, beynəlxalq aləmdə Azərbaycanın siyasətinə, mədəni diplomatiyasına, sülhsevər fəaliyyətlərinə böyük rəğbət var. Şurada olmağımız bizə imkan verəcək ki, təşkilatda olan siyasiləşmə cəhdlərinin, qeyri-sağlam abu-havanın, ikili standartların qarşısını ala bilək. Komitəyə üzvlüyümüz bu məsələlərdə bizə daha çox əlverişli imkanlar və fürsətlər yaradacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: