Naxçıvan təmsilçiləri XI Ümumrespublika Yaradıcılıq Sərgi-Müsabiqəsində uğur qazanıb

A- A A+

Bakı şəhərində yerləşən “Park Bulvar” AVM-də 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar bu kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət XI Ümumrespublika Yaradıcılıq Sərgi-Müsabiqəsi təşkil olunub. Tədbirin məqsədi əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 217 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 1346 əl işinin nümayiş olunduğu sərgidə muxtar respublikadan sağlamlıq imkanları məhdud 14 müəllifin 138 əl işi də təqdim olunub. Naxçıvan təmsilçisi Ramil Əhmədovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təsvir etdiyi rəsm əsəri müsabiqənin ikinci yerinə layiq görülüb. Təqdim edilən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən əlilliyi olan şəxslərin yaş qrupları da nəzərə alınmaqla 11 nominasiya üzrə qiymətləndirilib. Müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar, həmçinin sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: