Amsterdamda “Nizami Gəncəvi–880” markaları çap edilib

A- A A+

Niderlandın paytaxtı Amsterdamda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə çap edilən markaların üzərində qüdrətli söz ustadının şəkli təsvir edilib, “Nizami Gəncəvi–880” və “Azərbaycan şairi Nizami Gəncəvi” yazılıb.

S.Rəvanqızı bildirib ki, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib. Bundan öncə layihə çərçivəsində “Xarıbülbül”, “Əminə Dilbazi”, “Cövdət Hacıyev” və digər poçt markaları buraxılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: