Əlcəzair portalı “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarxı ərəb dilində subtitrlə yayımlayıb
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlcəzairin “Əl Hərir” portalında Dövlət Tərcümə Mərkəzinin XX əsrin əvvəllərindən başlayaraq xarici qüvvələrin hərbi-siyasi dəstəyi ilə hissə-hissə Ermənistana verilmiş qədim Azərbaycan torpağı Zəngəzurun tarixindən bəhs edən “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarx ərəb dilində subtitrlə yayımlanıb.
Videoçarxda ərəbdilli tamaşaçılara Azərbaycan Prezidenti İlham Əliyevin hələ Dünya Azərbaycanlılarının III Qurultayında qədim Azərbaycan torpağı Zəngəzur barədə fikirləri, həmçinin bu mahalın tarixi haqqında məlumatlar çatdırılıb.
Videoçarxın ərəb dilində subtitrlə versiyası, həmçinin yutub kanalında da yerləşdirilib.