Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bununla bağlı mərasimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib.
"Bələdçilik turizmin ümumi inkişaf zəncirində mühüm halqalardan biridir. Bu gün peşəkar bələdçilərə böyük ehtiyac var. Müxtəlifdilli bələdçilərin hazırlanması üçün müxtəlif təlimlər keçirilib. Proses akkreditasiya sisteminə və beynəlxalq standartlara uyğun şəkildə aparılacaq. Turizm haqqında yeni qanunda bələdçilərin sertifikatlaşdırılmasının hüquqi əsasları da əksini tapıb. Bələdçilərin reyestri aparılacaq", - F.Nağıyev deyib.