Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması yenidən tərcümə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tərcümə ilk dəfə orijinalına kifayət qədər uyğun və adekvat şəkildə ərsəyə gətirilib.
Əsərin fars dilindən sətri tərcümə müəllifi mərkəzin fars dili üzrə mütəxəssisi, tərcüməçi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi isə tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçiddir.