NDU-da “Dünya qəfil işıqlansa” tamaşası nümayiş etdirilib - FOTOLAR
Universitetin İncəsənət fakültəsində Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında “Dünya qəfil işıqlansa” tamaşası ali təhsil ocağının “Aktyor sənəti” ixtisası üzrə III kurs tələbələrinin iştirakı ilə baş tutub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tamaşada sevilən şair Ramiz Rövşənin “Yağış yuyur, gün qurudur”, “Yenə bu şəhərdə üz-üzə gəldik”, “Darıxır”, “Nə hirslə oxuyur bu quş”, “Bir səhər yuxudan durub”, “Çıxır”, “Yaylığını yel aparır”, “Gəlin açın yumruğumu”, “Şirin-şirin yuxudaydıq”, “Dünya mənə tanış gəlir”, “Ümidim yox bir adama”, “Dünya qəfil işıqlansa” və “Yıxılır” şeirləri tələbələr tərəfindən ustalıqla səsləndirilib.
Qeyd edək ki, “Aktyor sənəti” ixtisası üzrə III kurs tələbələri Nurlan Sultanlı, Səkinə Məmmədova, Malikəjdər Həsənli, Mehman Həsənov, Əfsanə Şirəliyevanın iştirak etdiyi tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayev, musiqi tərtibatı mərhum Polad Vəliyə aiddir.
Fəxriyyə Səyyadova