Gənclər “Şuşa, sən azadsan!” filmini izləyiblər - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanlarımızın döyüş xatirələri və real döyüş səhnələri əsasında hazırlanan “Şuşa, sən azadsan!” sənədli filmini ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin və Orta İxtisas Polis Məktəbinin kursantları maraqla izləyiblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan film nümayişi gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması və qəhrəman hərbçilərimizin timsalında əsl şücaət, peşəkarlıq, vətənpərvərlik hisslərinin aşılanması məqsədini daşıyıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin həlledici mərhələsi - müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Ekran işində həmin uğurlu döyüş əməliyyatının iştirakçıları olan xüsusi təyinatlı qüvvələrimizin döyüş yolu, cəsur əsgər və zabitlərimizin müsahibələri və əməliyyat zamanı çəkilən eksklüziv kadrlar yer alır.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: