Belarusun paytaxtı Minsk şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək hazırlanıb. Abidə şəhərin mərkəzi hissələrinin birində - Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığında ucaldılıb.
Müəllifi Azərbaycanın Xalq Rəssamı Səlhab Məmmədov olan abidənin hündürlüyü postamentlə birgə 3,5 metrdir.
Yaxın zamanlarda abidənin rəsmi açılışının olacağı gözlənilir.