“Vikipediya”da Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb

A- A A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bölmədə Salatın Əsgərova haqqında geniş məlumat verilir.

Qeyd edilir ki, Azərbaycanın ilk qadın şəhid jurnalisti Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib.

Bölmədə bildirilir ki, Salatın Əsgərova Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirsə də, jurnalistikaya həvəs göstərib. O, 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetinə, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb.

Materialda deyilir ki, S. Əsgərovanın yazdığı məqalələr Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub. O, vaxtaşırı cəbhə xəttinə gedib, qaynar nöqtələrdən operativ materiallar hazırlayıb. Ailəsi, iş yoldaşları dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilməyiblər.

Bölmədə vurğulanır ki, S.Əsgərovanın sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən bəhs edən “Omonçular” məqaləsi olub.

Yazıda Azərbaycan döyüşçülərinin qəhrəmanlığı, igidliyi haqqında da ətraflı söhbət açılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: