Bir sıra tanınmış dünya xəbər portalları – İraqın “Ashurnews.com”, Əlcəzairin “Alharir.info”, Özbəkistanın “Ziyouz.uz”, Türkiyənin “Anahaberyorum.com” saytları, “tvitter/Ashur news agency”, “facebook.com/tarihtv”, “youtube.com/tarihtv” sosial şəbəkələri müxtəlif dillərdə hazırlanmış “Zəngəzur – tarixi Azərbaycan torpağı” (ADTM) adlı videoçarxın yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tarixi faktlara və sənədlərə istinadən hazırlanmış videoçarx Zəngəzurun qədim tarixindən, “Zəngəzur” sözünün etimoloji köklərindən, bu ərazilərə 1828-ci ildə köçürülmüş ermənilərin yerli Azərbaycan əhalisinə qarşı törətdiyi amansız vəhşiliklərindən bəhs edir.