Azərbaycanda turistlər üçün vaksinasiyaya dair tələb qoyulacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatuna görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Turizm haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, yoluxucu xəstəlik təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu cür ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud da bu barədə müvafiq sənəd təqdim etməlidirlər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.