Mehmet Akif Ərsoyun vəfatından 85 il ötür

A- A A+

Türkiyənin Dövlət Himni-İstiqlal Marşının sözlərinin müəllifi Mehmet Akif Ərsoy vəfatının 85-ci ilində anılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, anım proqramı çərçivəsində şairin İstanbulun Edibekapı qəbiristanlığındakı məzarı ziyarət olunub. Ziyarətçilər arasında Mehmet Akif Ərsoyun nəvəsi Selma Arqon da yer alıb.

Qeyd edək ki,1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündən oxunan Mehmet Akif tərəfindən yazılan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.

İstiqlal Marşının yazılması üçün Mehmet Akifə verilən 500 lirə mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.

Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: