Gələn il anadan olmasının 130 illiyi tamam olacaq Əhməd Cavadla bağlı Mədəniyyət Nazirliyi tərəfindən təkliflər hazırlanır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Nazir deyib: “Təkliflər planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək. Daha sonra bununla bağlı işlər həyata keçiriləcək. Eyni zamanda Əhməd Cavadın ev muzeyinin yaradılması məsələsinə də baxılacaq”.