Almaniyanın populyar “LiteratPro” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Abdulla Şaiqin alman dilinə tərcümə olunmuş “Əsrimizə xitab”, “Hamımız bir günəşin zərrəsiyik” və “İrəli” şeirlərinin yayımına başlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LiteratPro” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Rayner Maria Rilke, Oskar Uayld, Çarlz Dikkens, Peter Altenberq kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.