“Qremmi mükafatları”nın növbəti təqdimat mərasimi təxirə salınıb

A- A A+

Yanvarın 31-də Los-Ancelesdə keçirilməsi nəzərdə tutulan “Qremmi mükafatları”nın təqdimat mərasimi koronavirusun “omikron” ştamının sürətlə yayılmasına görə təxirə salınıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Səsyazma Akademiyasının rəsmi səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, ölkədə yaranmış vəziyyəti təhlil etdikdən sonra Səsyazma Akademiyası və “CBS” telekanalı 64-cü “Qremmi mükafatları”nın təqdimatını təxirə salıb.

Təşkilatçıların dediyinə görə, mükafatlandırma mərasiminin tarixi yaxın günlərdə açıqlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: