Naxçıvanda bir sıra tarixi abidələr YUNESKO-nun Ümumdünya İrs Siyahısına təqdim ediləcək - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində  2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrin müzakirəsi zamanı departamentin direktoru Əkbər Novruzov məlumat verib.

Əkbər Novruzov bildirib ki, Departament tərəfindən bu il Naxçıvan Muxtar Respublikasında yerləşən dünya əhəmiyyətli abidələrin- Ordubad Tarix-Memarlıq Qoruğunun, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin Dünya İrs Siyahısına salınması məqsədilə ilkin araşdırmaların aparılması, uyğun nominasiya sənədlərinin hazırlanması və YUNESKO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilməsi məqsədilə işlərin icrasına başlanılıb.

“Hesabat ilində “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb, təbliğat sahəsində fəaliyyət gücləndirilib. Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilib. Reklam-informasiya materialları hazırlanıb, Azərbaycan və ingilis dillərində mövcud olan turizm marşrutlarının bukletləri və rus-ingilis dillərində Naxçıvan Muxtar Respublikasının turist xəritəsi nəşr olunub”,-deyə bildirən departamentin direktoru qeyd edib ki, bu istiqamətdə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu əməkdaşlarının və yerli media nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına media-tur təşkil olunub. Ekoturizm üçün əhəmiyyətli ərazilərin daha geniş kütləyə tanıdılması məqsədilə Bakıdan “Camping Azerbaijan” şirkətinin mütəxəssisləri dəvət olunub. Bundan başqa, Naxçıvanın turizm potensialının onlayn tədbirlər və sərgilər vasitəsilə təbliği də diqqətdə saxlanılıb. Rusiya və MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətləri ilə “Naxçıvan - əfsanələr diyarı, qədim mədəniyyət” mövzusunda vebinar keçirilib.

Departamentin direktoru bildirib ki, hamiliyə götürülən müvafiq ixtisaslar üzrə tələbələrlə iş diqqətdə saxlanılıb, departament tərəfindən yaradılan “Turizm könüllüsü” layihəsinə gənclərin cəlb olunması istiqamətində işlər davam etdirilib.

İclasda məruzə ətrafında çıxışlar dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

                                 Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: