Azərbaycan Milli Xalça Muzeyinin “Nənəmin sandığından fashion show” layihəsi çərçivəsində elan etdiyi dərslər bu gündən başlayır.
Muzeydən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihə çərçivəsində təqdim olunacaq dərslər “Naxçıvan gözəli” adlı üç aylıq tədris proqramı ilə davam edəcək.
İştirakçılar Naxçıvan milli geyimləri haqqında nəzəri və praktik biliklər əldə edəcəklər.
Dərslər Azərbaycan və rus dillərində aparılacaq.