Məşhur Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev haqqında serialın hazırlıq mərhələsi davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səkkiz seriyadan ibarət film Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və digər bir neçə qurumun iştirakı ilə istehsal olunacaq.
Xatırladaq ki, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Böyük xeyriyyəçinin 200 illiyi ölkəmizin təşəbbüsü ilə UNESCO-nun 2023-cü il üçün yubileylər proqramına da salınıb. Tağıyev haqqında serialın da o tarixdə hazır olması nəzərdə tutulur.