Ağbulaq Xizək Mərkəzi Fransa qəzetində - FOTOLAR

A- A A+

Fransanın “laqazetta.fr” onlayn qəzetində Ağbulaq Xizək Mərkəzinin fəaliyyəti və tanıtımından bəhs edən məqalə yayımlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Naxçıvan şəhərindən bir qədər aralıda, Ağbulaq kəndində yerləşən yeni qış kurortu - Ağbulaq Xizək Mərkəzinin yüksək qış turizm imkanlarına malik olduğu vurğulanır. Qeyd olunur ki, mərkəzin qurulmasında dünyanın bu sahə üzrə ixtisaslaşmış aparıcı şirkətləri ilə yanaşı, Fransa şirkətləri də iştirak ediblər. 

Bildirilir ki, Ağbulaq kəndi Dərələyəz və Zəngəzur dağ silsilələri arasında, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Kənddə tikinti işlərinə 2013-cü ildə başlanılmış, məktəb, kənd və xidmət mərkəzləri tikilmiş, yol, işıq, qaz və digər infrastruktur yenilənmiş, insanların rahat yaşaması üçün lazımi şərait yaradılmışdır. Xizək mərkəzində  kanat yollarının salınması və istifadəsi də buranın imkanlarını xeyli artırır. Ona görə də son illər Ağbulaq ölkə xaricindən daha çox sayda turist cəlb etməyə başlayıb.

Məqalədə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramlarının uğurla icra edildiyi xüsusi vurğulanır.

Məqalə ilə bu linkdən tanış ola bilərsiniz

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: