Azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” bədii filmi İtaliyada 33-cü Triest Film Festivalının proqramında yer alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 21-dən 30-dək keçirilən festivalın məqsədi audiovizual istehsal sahəsində məlumatların yayılması, müzakirə və əməkdaşlığı təşviq etməkdir. Hilal Baydarovun filmi yanvarın 24-də nümayiş olunacaq.
“Durna çırağı” filmində hüquq təhsili olan qızla dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs edilir. Filmdə Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və başqaları rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
Qeyd edək ki, film 2021-ci ildə 34-cü Tokio Beynəlxalq Film Festivalında “İncəsənətə töhfəyə görə” xüsusi mükafata layiq görülüb.