Türkiyənin görkəmli aktrisası Fatma Girik 79 yaşında vəfat edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İstanbulun Şişli Bələdiyyəsinin sədri Muammer Keskin tviterdə yazıb.
Fatma Girik müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Fatma Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub. İlk dəfə 1957-ci ildə “Leke” filmində baş rolu canlandıran aktrisa, 1960-cı çəkildiyi "Ölüm Peşimizdə" filmi ilə daha da məşhurlaşıb. O, ümumilikdə 180-dən çox filmdə rol alıb.
Həyatının sonrakı illərində siyasətə də qədəm qoyan aktrisa 1989-1994-cü illərdə bələdiyyə başçısı kimi də çalışıb.