Bu ilin mayında TÜRSAB üzvlərinin Naxçıvana səfəri planlaşdırılır - FOTOLAR
İstanbulda keçirilən "EMİTT 2022" - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid, onun müavini Bəhruz Əsgərov və Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadənin də daxil olduğu nümayəndə heyətimiz Türkiyə Səyahət Agentlikləri Birliyini (TURSAB) ziyarət edib, görüş keçiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, TÜRSAB-ın İdarə Heyətinin sədri Firuz B. Bağlıkaya başda olmaqla bu qurumun bütün rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə iki qardaş ölkə arasındakı turizm fəaliyyətlərinin inkişaf etdirilməsinə dair əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Toplantı zamanı bu ilin mayında TÜRSAB üzvlərinin iştirakı ilə Türkiyə nümayəndə heyətinin Naxçıvana səfərinin planlaşdırıldığı bildirilib.
Xatırladaq ki, bu il 25-ci dəfə keçirilən beynəlxalq sərgidə ölkəmiz Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu nümayəndələri tərəfindən milli stendlə təmsil olunur.
Stenddə eyni zamanda beş yerli turizm şirkəti, bir mehmanxana qrupu və “Azərbaycan Hava Yolları” QSC də iştirak edir.