Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Karel Çapekin “Ana” pyesi tamaşaya qoyulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müharibə əleyhinə yazılmış üçpərdəli pyes əsasında səhnələşdirilən tamaşa insanın vətən və bəşəriyyət qarşısındakı mənəvi borcuna həsr olunub.

XX  əsr Avropa ədəbiyyatının görkəmli simalarından olan çex yazıçısı Karel Çapekin 1938-ci ildə qələmə aldığı “Ana” pyesinin mövzusunun müharibə və tarixi janrda olması izləyicilərin marağına səbəb olub. Quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova olan tamaşada yaradıcı heyət tarixi faktları dolğun əks etdirməklə tamaşaçıların diqqətini cəlb edə bilib. Tamaşada teatrın təcrübəli aktyorları ilə yanaşı, gənc istedadlar da maraqlı obrazlar yaradıblar.

Qeyd edək ki,  repertuar zənginliyi ilə seçilən Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbi nümunələrinə də müraciət olunur.

 

Xosrov İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: