Xalq artisti Əlibaba Məmmədov vəfat edib

A- A A+

Azərbaycan Mədəniyyətinə itki üz verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

Xalq artisti “İnandır məni”, “Yaşa hələ”, “Sən gərək güləsən”, “Səni gözlər” kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: