May ayında keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsində Maltanı gənc ifaçı Emma Muskat təmsil edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 23 yaşlı E.Muskat “Out of sight” mahnısı ilə “Eurovision 2022”nin ikinci yarımfinalında səhnəyə çıxacaq.
Qeyd edək ki, “Eurovision 2022”yə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək. Mahnı müsabiqəsinin yarımfinalları mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. 40 ölkənin iştirakı ilə keçiriləcək “Eurovision 2022”nin sloqanı “Gözəlliyin səsi”dir (“The sound of beauty”).