Əlcəzairin “Əl Hərir” portalında Naxçıvanın məşhur Duzdağ mədəni və burada yerləşən fizioterapiya mərkəzi barədə məqalə yayımlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Azərbaycanda turizm. Duzdağ möcüzəsi” sərlövhəli yazıda diqqətə çatdırılır ki, Azərbaycanın və dünyanın qədim diyarı Naxçıvandakı Duzdağ mədənində yerləşən fizioterapiya mərkəzi turistlərin sevimli məkanıdır və burada 130 milyon ton duz ehtiyatı var. Ötən əsrin 70-ci illərinin sonunda bu ərazidə yaradılmış fizioterapiya mərkəzində bronxial astma, nəfəs yollarının digər xəstəlikləri müalicə edilir.
Ərəbdilli oxuculara Duzdağ Fizioterapiya Mərkəzində yaradılmış yüksək şərait barədə də məlumat verilir.