“Bahar gəlir, yaz gəlir” sərgisi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Bahar gəlir, yaz gəlir” sərgisi açılıb. Bu münasibətlə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva sərgi iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Müzəffər ordumuzun parlaq Qarabağ zəfərinin rəssamlarımız üçün ayrıca ilham mənbəyi olduğunu vurğulayan birliyin sədri son vaxtlar bu mövzunun əsərlərdə daha çox əksini tapmasını yüksək vətənpərvərlik və qələbə sevincinin tərənnümü kimi dəyərləndirib.

Sonra 30 rəssamın 40-dan çox əl işinin  nümayiş  etdirildiyi sərgiyə baxış olub. Qrafika, rəngkarlıq və dekorativ tətbiqi sənət növlərinə müraciət edən rəssamlar əl işlərinin hər birində təbiətin oyanışını özünəməxsus şəkildə tamaşaçıya çatdırıblar.

 Milli adət-ənənələrimizi, baharın gəlişini, müasir Naxçıvanı əks etdirən əsərlər diqqəti cəlb edib. Rəssamlar “Novruz xonçası”, “Bayram”, “Tonqal”, “Milli geyimlər” kimi əsərlərində Novruzun atributlarını əks etdirib, Bahar bayramının birləşdirdiyi dəyərləri, xalqımızın həyatını, məişət tərzini, adət-ənənələrini incə detallarla tablolara köçürüblər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: