Aprelin 1-dən 22-dək Azərbaycanda "Frankofoniya 2022" Günləri keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, Frankofoniya Günləri çərçivəsində kino, natiqlik müsabiqəsi, sərgi, konfranslar, məktəblərdə görüşlər (teatr, mahnı, rəqs və s.) və digər tədbirlər təşkil olunacaq.
Hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.
Bu il Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” mövzusuna həsr edilib.