Reza Deqati: 1992-ci ilin aprelində Şuşanı tərk edən sonuncu jurnalist mən olmuşam - VİDEO
1992-ci ilin aprelində şəhərin erməni qüvvələrinin əlinə keçməsinə bir neçə həftə qalmış Şuşanı tərk edən sonuncu jurnalist mən olmuşam. Həmişə geri qayıtmaq istəyirdim və 2020-ci ildə şəhərə gələn ilk jurnalist mən oldum.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər dünyaşöhrətli fotoqraf Reza Deqatinin Şuşadan çəkdiyi videopaylaşımda yer alıb.
Fotoqrafın instaqram səhifəsindəki paylaşımında qeyd olunub: “Azərbaycan abidələrinin bu dərəcə vandalizm və geniş çaplı dağıdılması məni sarsıtdı. Mən bütün Qarabağın, xüsusən Şuşanın işğaldan azad olunduğu gündən fotolarını çəkirdim və onu qar altında çəkib Novruzda orda olmağı arzulayırdım. Hər iki arzum bir anda gerçəkləşir. Sevimli bağçasında oynayan uşaq kimi idim. Mütləq Şuşaya gəlin.
Ümid edirəm ki, bəyənəcəksiniz və zəhmət olmasa, paylaşıb repost edin və dostlarınızı da paylaşmağa təşviq edin”.