Soyqırımı dəhşətləri rəsm əsərlərində - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən rəsm sərgisi açılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 14 rəssamın 20-dən çox əsərinin nümayiş etdirildiyi sərginin açılış tədbirində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi, sənətşünas Nizami Alıyev 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə danışıb.
Sonra sərgiyə baxış olub. “Faciə”, “Cəsur döyüşçülər”, “Qələbəyə doğru”, “Fəryad”, “Erməni faşizmi” adlı tablolar sərgi iştirakçılarının marağını cəlb edib.
Sərgilənən hər bir əsərdə soyqırımın dəhşətli səhifələri rənglərin dili ilə bir daha gözlər önünə gətirilir.
Mədinə Rəhimli