Əlcəzair portalında Azərbaycan xalçaçılıq sənətinin tarixi barədə məqalə yayımlanıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlcəzairin “Əl Hərir” portalında Azərbaycan xalçaçılıq sənətinin qədim tarixi barədə material yayımlanıb.

Məqalədə qeyd olunub ki, Azərbaycanda xalçaçılıq sənəti hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəlləri) mövcud olub. Bu barədə Herodot və digər qədim dünya tarixçilərinin əsərlərində məlumatlar var. Sasanilər dövründə (eramızın III-VII əsrləri) Azərbaycanda xalçaçılıq sənəti böyük inkişaf mərhələsi keçib, ipək, gümüş və qızıl saplardan nadir və qiymətli xalçalar toxunulub. Alban tarixçisi Musa Kalankatlı əsərlərində Azərbaycanın ipək parçaları və rəngli xalçalarından bəhs edib. Çin səyyahı Xuan-Tes-ankın Azərbaycanın iri xalça istehsalı mərkəzi olması fikrini isə arxeoloji tədqiqatlar da təsdiqləyib.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, eramızın VII əsrinə aid olan zirzəmi mağaralarının içərisindən toxuculuq dəzgahları, yun sapların qalıqları, toxuculuqda istifadə olunan alətlər, keçə, xalça və köhnəlmiş kilim parçaları aşkar edilib. X əsrdə yazılmış “Dünyanın sərhədləri” kitabında qeyd olunur ki, Azərbaycanın Mərənd, Gəncə və Şəmkir şəhərləri yüksək keyfiyyətli yun məmulatları istehsalı ilə məşhurdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: