“Sənətin harmoniyası” fərdi rəsm sərgisi - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda “Təsviri incəsənət müəllimliyi” ixtisasının IV kurs tələbəsi Günay Kərimovanın “Sənətin harmoniyası” adlı fərdi rəsm sərgisi təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov ölkəmizdə, o cümlədən muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğıdan, gənc nəslin yetişməsi üçün yaradılmış şəraitdən danışaraq qeyd edib ki, institutda mütəmadi olaraq rəssamların, gənc müəllimlərin sərgilərinin keçirilməsi, yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması, institutun təsviri incəsənət müəllimliyi ixtisası və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrə yaradılan şərait tələbə-gənclərə daha həvəslə çalışmaları üçün stimul olur.

İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev qeyd edib ki, yaradılmış şərait, kadr potensialı ilə yanaşı institutda təhsil alan hər bir gənc öz potensial inkişafının qayğısına qalmalı və qabiliyyətini formalaşdırmaqda maraqlı olmalıdır. Bu gün Günay Kərimovanın nümunəsində gənc rəssamların yetişməsi, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, yaradıcılıq imkanlarının artırılması institutda yaradılmış şəraitdən tədris və tərbiyə sahəsində səmərəli istifadənin göstəricisidir.

Sonra İxtisasartırma və yenidənhazırlanma üzrə prorektor Həbibə Allahverdiyeva istedadlı tələbələrdən olan Günay Kərimovanın çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat verib. Prorektor bildirib ki, o, təsviri incəsənətin müxtəlif janrlarına müraciət etsə də, əsərlərində daha çox vətənpərvərlik, mənzərə, rəngkarlıq-qrafika və geyim nümunələri üstünlük təşkil edir.

Fərdi sərginin müəllifi Günay Kərimova onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, sərgidə iştirak edən qonaqlara təşəkkür edib.

Sonda Günay Kərimovanın rəsm və dekorativ əl işlərinə baxış keçirilib. Sərgidə realist, üslubda işlənmiş portret, etüd, natürmort, mənzərə, rəngkarlıq qrafika və dekorativ işlərdən ibarət 30 əsər və müəllifin geyim nümunələri nümayiş olunub.

Aygül Məmmədova

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: