“Impacto Venezuela”: Maçu Pikçu Qafqazda - FOTOLAR
Venesuelanın “Impacto Venezuela” xəbər saytı (impactovenezuela.com) “Qafqazda Maçu Pikçu” başlığı altında məqalə dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə müasir Perunun 2400 metr hündürlükdə And dağlarının qoynunda gizlənmiş əfsanəvi Maçu Pikçu şəhəri ilə tez-tez dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvan arasında paralellik aparılır.
Məqalədə qeyd olunub ki, Qafqazın Maçu Pikçusu Azərbaycan muxtar respublikasında – Naxçıvanda, yəni Qafqazın tam ürəyində yerləşir.
Venesuela nəşri oxucularına Naxçıvanın əsas görməli yerlərinə qısa ekskursiya təqdim edib. Məqalədə bəzilərinin “Azərbaycan Maçu Pikçusu” adlandırdığı Əlincə qalası, füsunkar qala türbəsi Gülüstan türbəsi, böyük dini və mədəni əhəmiyyətə malik Əshabi-Kəhf mağarası, Əlincə çayının yaxınlığında yerləşən Xanəgah Memarlıq Kompleksi, Naxçıvanın simvolu olan Haçadağdan bəhs edilir.