Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyi qeyd olunub - FOTOLAR

A- A A+

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasından 40 il ötür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə muzeydə yubiley tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1978-ci ildə rayon mədəniyyət şöbəsinin nəzdində ictimai əsaslarla təşkil edilib. Ümummilli lider Heydər Əliyevin 1980-ci ildə rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən, muzeyə dövlət statusu verilib və 1982-ci ildən etibarən dövlət müəssisəsi kimi fəaliyyətə başlayıb. 2018-ci ildə muzeyin binası müasir tələblər əsasında tikilərək istifadəyə verilib. 350 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 10 minə yaxın eksponat mühafizə olunur.

Şərur Rayon İcra Hakimiyyəti Başçısının müavini Aysel Zeynalabdinova “Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi dünən və bu gün”,  Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Həcər Əsgərova “Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim bölgənin keçmişini yaşadan mühüm saxlanc yeridir” mövzularında çıxış ediblər.

Tədbirdə muzeyə qədim məişət əşyaları, arxeoloji materiallar və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 50 eksponat təqdim olunub. Muzeyin ekspozisiyasına və yeni hədiyyə olunan eksponatlara baxış zamanı məlumat verilib ki, rayon sakinlərinin təşəbbüsü ilə evlərdə olan maddi-mədəniyyət nümunələrinin də muzeyə təqdim olunması nəticəsində ekspozisiya daha da zənginləşir. Hazırda ekspozisiyada 700-ə yaxın nümunə sərgilənir. Qədim insan yaşayış məskənlərindən aşkar olunan maddi-mədəniyyət nümunələri, bölgənin tarixi, mədəniyyəti ilə bağlı eksponatlar ziyarətçilərdə zəngin təəssürat yaradır. 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: