Heykəl oğurlayan freska da oğurlayar…

A- A A+

Milli mədəniyyətimizin görkəmli simaları olan Üzeyir Hacibəyli, Xurşidbanu Natəvan və Bülbülün Şuşada ucaldılan heykəlləri bu gün qədim tarixi şəhərdə öz əvvəlki ünvanındadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı konfransda çıxışı zamanı bu barədə məlumat verib.

İcraçı direktor deyib: “Heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd olmuşdu. Lakin qonşu ölkə hökumətinin köməyi ilə onlar alınaraq Azərbaycana gətirilib. Artıq həmin heykəllər bərpa edilib və tarixi yerinə qaytarılıb”.

O, erməni vandalizminin növbəti qurbanına çevrilən "Güllələnmiş heykəllər"in alınıb ölkəmizə gətirilməsi üçün 500 min dollar xərclənildiyini bildirib.

İcraçı direktor işğal altında olduğu dövrdə kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktı barədə də danışıb. Onun dediyinə görə, 2000-ci il dekabrın 23-də erməni keşiş verdiyi müsahibə zamanı həmin faktı etiraf etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: