NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 23-də Şahbuz şəhərindəki Heydər Əliyev prospektində “Kətə” festivalı keçiriləcək.
Şahbuz şəhərindən, rayonun qəsəbə və kəndlərindən 30-a yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektlərinin iştirak edəcəyi festivalda rayona xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunacaq.
Festivalda Şahbuz mətbəxinin yaz fəslinə aid digər nümunələrindən-şomu, çiriş, gicitkən, qazayağı, quzuqulağı, göbələk və digər müalicəvi bitkilərdən hazırlanan kətə və yeməklər bişiriləcək. Rayonun musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar.
“Ən dadlı kətə” nominasiyası üzrə qaliblərə rayon icra hakimiyyəti tərəfindən diplomlar təqdim olunacaq.